Bu gün:


FutbolPress.Az | Avropa Liqası: 1/16 finalın ilk oyunları keçiriləcək

Avropa Liqası: 1/16 finalın ilk oyunları keçiriləcək


oxunma sayı: 168 Paylaş:

FutbolPressBu gün UEFA Avropa Liqasında fasilə başa çatır. 

Çempionlar Liqasının ardından qitənin ikinci klub turnirində mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək.

Azərbaycanlı azarkeşlərüçün xüsusi maraq doğuran Türkiyənin 3 təmsilçisi – “Fənərbağça”, “Beşiktaş” və “Osmanlıspor” da bu gün meydana çıxacaq. 

“Fənərbağça” Rusiyada “Krasnodar”ın qonağı olacağı halda, “Osmanlıspor” Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.

Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” İsraildə “Hapoel” ilə görüşəcək.

UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral


20:00. “Krasnodar” (Rusiya) – “Fənərbağça” (Türkiyə)
22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)
22:00. “Alkmaar” (Hollandiya) – “Olimpik” (Lion, Fransa)
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)
22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)
22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)
00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)
00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)


oxunma sayı: 168 | Paylaş: