Bu gün:


FutbolPress.Az | Necəsiz, Vaqif müəllim, yaxşısız? (KİÇİK QEYD)

Necəsiz, Vaqif müəllim, yaxşısız? (KİÇİK QEYD)


oxunma sayı: 298 Paylaş:

FutbolPressVaqif Sadıqov Azərbaycan futbolu üçün kiçik və orta adlardan deyil. İriranklı bilicilərimizdəndi. Məşqçi bacarığının, xüsusən, nəzəriyyəsinin fərqliliyi, üstünlüyü hörmətəlayiqdir.

Şəxsiyyət kimi keyfiyyətlərini də sıralamaqla bitməz. Ancaq “hər gözləlin bir eybi” deyimi qəhrəmanımızdan da yan keçməyib.

Vaqif müəllimi ölkə futbolunun gündəminə aid söz-söhbətlərdə daim fikir insanı kimi dindirmişik, fikirlərini ictimaiyyətə çatdırmağı lazım bilmişik. Bəlkə də açıqlama rekordçusudur bu saytda.

Ancaq dözümsüz həddə çatıb. Son açıqlamasına baxanlar yəqin ki, alt dodağını dişləyib ki, bu “Futbolpress”i də başa düşmək olmur, gah problemləri qabardır, gah da Sadıqov kimi problemsizlikdən bəh-bəhlə bəhs edən birinə durmadan diktafon uzadır.

Vaqif müəllim, belədir. Sizin son açıqlamanıza ictimaiyyətdən reaksiyalar birmənalı olmadı. Hakimlik qalmaqallarının göydə uçuşduğu bir vaxtda siz şəffaf hakimliyə inamınızı o qədər bəlağətli danışmısınız ki, adam məəttəl qalır.

Arada problemləri də qabardın. Qoy insanlar sizin kimi mütəxəssisin də nədənsə narazı qaldığını bilsin. Hərənin özünə görə təsiri, çəkisi var. Sizin də özünüzə görə...

Siz təsir etməkdən vaz keçmisiz sanki.

Məşqçilər Komitəsi təsis ediləndən, ümumiyyətlə, problem adlı sözün varlığını unutmusuz sanki.

Eləyə bilərik ki, sizə heç müraciət etməyək. Var belələri və çoxdur. Ancaq siz bu işi bilənsiniz. Futboldan danışmalı beş nəfərdən biri kimi daim dindirmək istəyirik, o da belə...

Ümidvarıq ki, növbəti dəfələrdə sizin mediada çıxışlarınız problemlərin həllinə yönələcək. Tərifi o qədər elədiniz ki, problemə çevrildi...

Elçin


oxunma sayı: 298 | Paylaş: