')

Bu gün:


FutbolPress.Az | “Qəbələ” – “Qarabağ” oyununda təmiz və şəffaf hakim idarəçiliyi olacaq” (AÇIQLAMA)

“Qəbələ” – “Qarabağ” oyununda təmiz və şəffaf hakim idarəçiliyi olacaq” (AÇIQLAMA)


oxunma sayı: 407 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XIX turunda çempionluğa əsas namizədlər  – “Qəbələ” və “Qarabağ” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Oyuna bir neçə gün qalsa da, artıq indidən futbol ictimaiyyətinin əsas diqqəti bu qarşılaşmaya yönəlib.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov maraqla gözlənən oyun barədə fikirlərini “FutbolPress”ə açıqladı:

“Həlledici oyun olacaq. Bunu “Qəbələ” də, “Qarabağ” da başa düşür. Bizi olduqca maraqlı və gərgin görüş gözləyir. Hesab edirəm ki, ədalətli oyunda güclü və qələbəyə layiq komanda 3 xalı qazanacaq. Bu şəxsən mənim və Azərbaycan futbolunu sevən hər kəsin arzusudur. Təmiz və şəffaf futbolun tərəfdarıyıq”.

Həmsöhbtimiz bu matçın çempionluq yolunda ən vacib oyun olduğunu, qeydə alınacaq nəticənin bir çox məsələyə aydınlıq gətirəcəyini söylədi:

“Demək olar ki, çempionluq yolunda ən vacib oyundu. Ümumiyyətlə, Premyer Liqada çempionun teleyi “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək şəxsi oyunlarda aydınlaşacaq. Turnir cədvəlində “Qəbələ” əsas rəqibindən 3 xal geridi. Bu komandanın məğlub olmaq şansı yoxdu. “Qəbələ”nin məğlubiyyəti o deməkdir ki, “Qarabağ”ın çempion olmaq şansı qat-qat artacaq. Çempionatın geridə qalan hissəsində 6 xallıq fərqi aradan qaldırmaq çox çətin olacaq. Qriqorçukun komandası da yəqin ki, bunu çox gözəl başa düşür”.

Təcrübəli mütəxəssis şansları bərabər hesab edir:

“Şanslar tamamilə bərabərdir. Nəzərə alsaq ki, əvvəlki dövrələrdə baş tutan iki qarşılaşmada komandaların hərəsi bir qələbə qazanb, növbəti oyunda da hər bir nəticə qeydə alına bilər. Hər şey hakimin start fitindən sonra hansı komandanın ələ düşən imkanlardan daha yaxşı istifadə etməsindən və oyunu öz lehinə çevirməsindən asılı olacaq. Düşünürəm ki, onların hər ikisi ən yaxşı oyunlarından birini keçirib, qələbə üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq”.

“Qarabağ”la “Qəbələ” arasında ikinci dövrədə keçirilən qarşılaşmada əsas müzakirə mövzusu hakimlik olmuşdu. Elə son turlarda da az qala hər matçda hakim qərarları ciddi müzakirəyə səbəb olur. Hətta bu oyuna ölkə xaricindən referilər dəvət edilməsini isəyənlər də var. Vaqif Sadıqov isə yerli hakimlərin “Qəbələ” – “Qarabağ” oyununu tam şffaflıqla idarə edəcəyinə inanır:

“Hesab edirəm ki, belə məqamda hakimlərimizə güvənmək lazımdı. “Qəbələ” – “Qarabağ” matçını yüksək səviyyədə idarə edə biləcək referilərimiz var. İnanıram ki, bu oyunda təmiz və şəffaf hakim idarəçiliyi olacaq”.

Faiq Tahirov



oxunma sayı: 407 | Paylaş:




?>