')

Bu gün:


FutbolPress.Az | Azəraycan klubu Avropa çempionu oldu

Azəraycan klubu Avropa çempionu oldu


oxunma sayı: 293 Paylaş:

FutbolPressAzərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilmiş klublararası Avropa çempionatının son günündə 6 medal qazanıb.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, Gilan İ.K.) və Patimat Abakarova (53 kq, Gilan İ.K.) qızıl medala sahib olublar.

Radik İsaev (+87 kq, Gilan İ.K.) və Ramin Əzizov (87 kq, Qafqaz T.K.) isə finalda uduzaraq, gümüş medal əldə ediblər. Yaprak Eriş (57 kq, Gilan İ.K.), Fəridə Əzizova (67 kq, Gilan İ.K.) və Ceyhun Həsənli (+87 kq, Savalan T.K.) isə yarımfinalda yenilərək, bürünc medalla kifayətləniblər.

4 gün davam etmiş və 40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Azərbaycanda fəaliyyət göstərən taekvondo klublarının yetirmələri ümumulikdə 31 medala yiyələniblər.

"Gilan" İ.K. isə bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında ilk pilləyə sahib olaraq Avropanın ən güclü klubu adını qazanıb.


oxunma sayı: 293 | Paylaş:




?>