')

Bu gün:


FutbolPress.Az | "Bursaspor" Prosineçkini razı saldı!

"Bursaspor" Prosineçkini razı saldı!


oxunma sayı: 433 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor"a keçməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Son olaraq "ajansspor"a xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır açıqlama verib.

Menecer bildirib ki, artıq Prosineçki ilə razılıq əldə edilib, AFFA-nın son qərarı gözlənilir:

"Bursaspor" Prosineçkinin keçidi üçün çox çalışır. Məşqçinin özü də keçidə isti baxır. O, Azərbaycanda çox sevilir və heç kimi incitmək istəmir. Azarkeşlərə zərər vermədən bu məsələni həll etmək fikrindəyik. Azərbaycan Futbol Federasiyası ilə danışıqlar davam edir. Martda Azərbaycan millisinin Almaniya ilə oyunu var. Bəlkə həmin oyuna qədər Prosineçki həm Azərbaycan millisini, həm də "Bursaspor"u çalışdırsın. Bu mənim təklifim idi. Hər iki tərəf bu keçidə isti baxır. Prosineçki türk futbolunu bilir. "Bursaspor" rəsmiləri bunu görüncə çaşıb qaldı. Fikirləri çox yaxşıdır. Bu gün və ya sabah hər şey bəlli olacaq. Bu məsələnin həlli 50 faizdir".


oxunma sayı: 433 | Paylaş:




?>