')

Bu gün:


FutbolPress.Az | Prosineçki AFFA prezidenti ilə görüşəcək

Prosineçki AFFA prezidenti ilə görüşəcək


oxunma sayı: 604 Paylaş:

FutbolPressAdı Türkiyənin "Bursaspor" kubu ilə çəkilən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu kluba keçmək niyyətindədir.

Bununla bağlı "Bursahakimiyyet"ə açıqlamasında klubun şöbə müdiri Yüksəl Çolak məlumat verib. Hazırda Azərbaycanda olan klub rsmisi bildirib ki, xorvatiyalı çalışdırıcı bu gün AFFA rəhbərliyi ilə görüşüb getməklə bağlı son qərarı verəcək.

"Danışıq bu günə qaldı. Bizə xoş davrandı, “Bursaspor”a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını söylədi. Ancaq Prosineçkinin Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis münasibətlə ayrılmaq istəmir. Federasiya prezidenti ilə görüşəcək, burdakı işinin bitdiyini və ayrılmaq istədiyini deyəcək. Bir tərslik olmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq".


oxunma sayı: 604 | Paylaş:




?>