')

Bu gün:


FutbolPress.Az | "1-2 saata Prosineçki ilə bağlı hər şeyə aydınlıq gələcək" (AÇIQLAMA)

"1-2 saata Prosineçki ilə bağlı hər şeyə aydınlıq gələcək" (AÇIQLAMA)


oxunma sayı: 463 Paylaş:

FutbolPressArtıq Xəbər verdiyimiz kimi Türkiyənin "Bursaspor" klubunun sabiq baş məşqçisi Hamza Hamzaoğludan boşalan posta əsas namizəd Azrəbaycan millisinin çalışdırıcısı Robert Prosineçkidir.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə artıq tərəflər arasında razılıq əldə edilib. Son olaraq, Bursa klubunun prezidenti Ali Ay açıqlama verərək hər şeyin yaxın 1-2 saatda dəqiqləşəcəyini bildirib.

"Son bir həftədə nə çəkdiyimi bir mən bilirəm. Əslində, sabitlik tərəfdarıyam, amma alınmadı. Hər yerdən zənglər gəlirdi və adlar təklif edilirdi. Əlimdə bəzi adlar var idi. Prosineçkinin adını 15 gün əvvəl bir dostumuz verdi. Çox təcrübəli və azarkeşlərimizin tələblərinə cavab verəcək məşqçidir. Ona görə də Prosineçkinin adının üstündə dayandıq. Dərhal əlaqə yaratdıq və 2 dostumuzu da göndərdik. Nə baş verəcəyini dəqiq bilmirəm. Çünki o, hazırda Azərbaycan millisinin baş məşqçisidir. 1-2 saata Prosineçki ilə bağlı hər şeyə aydınlıq gələcək".


oxunma sayı: 463 | Paylaş:




?>