“Barselona” əsas heyət üzvünü itirdi
Paylaş:
İspaniya çempionatının 19-cu turunda “Eybar”la keçirilən oyunda zədələnən “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin nə qədər meydanlardan kənar qalacağı məlum olub.
Futbolçunun zədəsi ciddidir və 1 ay oynamayacaq.
Bu isə o deməkdir ki, Buskets Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçiriləcək ilk qarşılaşmada da meydana çıxa bilməyəcək. Bu oyun fevralın 14-ü keçiriləcək.
| Paylaş: