')

Bu gün:


FutbolPress.Az | "Birlik kuboku" ilə bağlı Azərbaycandan yaxşı təklif var"

"Birlik kuboku" ilə bağlı Azərbaycandan yaxşı təklif var"


oxunma sayı: 312 Paylaş:

FutbolPressBir vaxtlar MDB və Baltikyanı ölkəlrin çempionları arasında təşkil edilən "Birlik kuboku"  yenidən bərpa edilə bilər.

Bu barədə "Sport-weekend"ə açıqlamasında Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. O, artıq UEFA-nın yeni prezidenti Aleksader Çeferinlə danışıqlar apardığını bildirib: "Əgər biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, gərək əvvəlcə bunu necə edəcəyimizi tapaq. Bu yarışı Soçidə keçirmək olar. Məsələ iləbağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu artırmaq olar".

“Birlik kuboku” yarışı keçmiş SSRİ ölkələrinin çempionları arasında 1993-cü ildən 2011-ci ilə kimi keçirilib. Sonradan turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb. 


oxunma sayı: 312 | Paylaş:




?>