')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" "İnter" üçün "Dalğa Arena"nı seçdi

"Kəpəz" "İnter" üçün "Dalğa Arena"nı seçdi


oxunma sayı: 194 Paylaş:

FutbolPressPremyer Liqada mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” təlim-məşq toplanışını yekunlaşdırıb. Komanda üzvlərinə iki günlük istirahət verilib.

“Sarı-göylər” məşq prosesini yanvarın 23-də bərpa edəcəklər. Gəncə klubu qarşıdakı həftə boyunca “İnter” ilə çempionat oyununa hazırlaşacaq. Bakı təmsilçisi ilə səfər görüşü süni qazonda keçiriləcəyindən “Kəpəz” “Dalğa Arena”nın eyni örtüklü meydançasında məşqə çıxacaq. 

Komandanın heyətində zədəli futbolçu yoxdur. Son günlərdə soyuqdəymədən əziyyət çəkən Vüqar Bəybalayevin səhhətindəki problemlər aradan qalxıb. Yarımmüdafiəçi gələn həftədən komanda ilə birgə məşqlərə qatılacaq. 
 


oxunma sayı: 194 | Paylaş:




?>