')

Bu gün:


FutbolPress.Az | Valeri Bojinov "Qəbələ"də

Valeri Bojinov "Qəbələ"də


oxunma sayı: 713 Paylaş:

FutbolPressBolqarıstanlı futbolçu Valeri Bojinov karyerasını Azərbaycada dava etdirəcək. Bu barədə Serbiyanın hotsport.rs. saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı hücumçu artıq "Qəbələ" ilə razılığa gəlib. Tərəflərin 1,5 illik müqaviləni razılaşdıqları qeyd edilib. Hətta anlaşmanın sonradan daha 1 il müddətinə uzadılması da gündəmdədi.

Bu keçid "Qəbələ"yə pulsuz başa gələcək. Çünki Bojinovun hazırki klubu "Partizan"ın futbolçuya borcu var. Buna görə də klub transfer vərəqəsini Bolqarıstan millisinin sabiq üzvünə verəcək.

Valeri Bojinov karyerası ərzində "Fiorentina", "Yuventus", "Mançester Siti", "Sportinq" kimi böyük klubların formasını geyinib.


oxunma sayı: 713 | Paylaş:




?>