')

Bu gün:


FutbolPress.Az | Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənmədi

Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənmədi


oxunma sayı: 275 Paylaş:

FutbolPressBolqarıstanın "Slaviya" klubu azərbaycanlı futbolçu Mirkamil Həşimlini bəyənməyib.

Bu barədə komandanın baş məşqçisi Vladimir İvanov məlumat verib.

O, 21 yaşlı yarımmüdafiəçini Türkiyənin Antalya bölgəsində Qazaxıstan "İrtış"ına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında sınaqdan çıxardıqdan sonra belə qənaətə gəlib. Həşimliyə bir hissə şans verən İvanov gənc oyunçunun bolqarıstanlı həmyaşıdlarından müsbət mənada fərqlənmədiyini söyləyib.

Mirkamil Həşimli ötən mövsümü "Rəvan"da keçirib. O, hazırda klubsuzdur. 


oxunma sayı: 275 | Paylaş:




?>