')

Bu gün:


FutbolPress.Az | Nigeriya yığmasının futbolçusu “Zirə”də! (RƏSMİ)

Nigeriya yığmasının futbolçusu “Zirə”də! (RƏSMİ)


oxunma sayı: 272 Paylaş:

FutbolPressTəlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” ikinci transferini həyata keçirib.

Komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb.

Karyerasına vətənində başlayan Latifu daha sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah oyunçusunun son klubu "Alanyaspor" olub.

“Zirə” buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.


oxunma sayı: 272 | Paylaş:




?>