')

Bu gün:


FutbolPress.Az | "Zirə"nin bombardiri narazıdı: "Heç vaxt bu qədər az oynamamışam"

"Zirə"nin bombardiri narazıdı: "Heç vaxt bu qədər az oynamamışam"


oxunma sayı: 544 Paylaş:

FutbolPress"Zirə"nin sabiq futbolçusu Nelson Bonilya Portuqaliyanın "Nasyonal" klubu ilə yollarını ayırmağa qərar verib. "

Bu barədə hücumçu "El Grafico"ya açıqlamasında bildirib.

O, buna əsas səbəbin heyətə düşməkdə çətinlik çəkməsi olduğunu bildirib: "Nasyonal"la 2,5 illik müqaviləm var. Amma karyeramda ilk dəfə 10-12 oyunda ehtiyatda qalmışam. Heç vaxt bu qədər az oynamamışam. Artıq klubla danışıb getmək istədiyimi bildirmişəm. Avropanın müxtəlif liqalarından təkliflər var".

Hazırda Bonilya Panamada keçirilən Mərkəzi Amerika Kubokunda çıxış edir.

Nelson Bonilya ötən mövsüm "Zirə"nin heyətində 29 oyuna 14 qol vurub komandanın ən yaxşı bombardiri olmuşdu.


oxunma sayı: 544 | Paylaş:




?>