')

Bu gün:


FutbolPress.Az | "Neftçi" istədiyi hücumçunu tapa biləcək?

"Neftçi" istədiyi hücumçunu tapa biləcək?


oxunma sayı: 513 Paylaş:

FutbolPressQış transfer pəncərəsinin ən fəal klubu "Neftçi"nin hücumçu axtarışları davam edir.

Artıq hazırlığın Antalya mərhələsini başa vuran komanda hələ də istədiyi forvardı tapa bilməyib. Buna qədər "Neftçi"də xorvatiyalı Damir Vidoviç və paraqvaylı Ramon Kardozo baxışa dəvət edilsə də, heç biri məşqçilər korpusunun etimadını qazana bilməyib. Xüsusilə, komandanın baş məşqçisi Elxan Abdullayev futbolçuları baxışa çağırıb sınamağın tərəfdarı deyil. Buna görə də hətta yoxlama oyununda qol vursa belə Ramon Kardozo komandada saxlanılmayıb.

Abdullayav çıxış etdiyi klubda yüksək səviyyədə oynayan və birbaşa müqavilə ilə "Neftçi"yə cəlb ediləcək səviyyədə futbolçu axtarır. Həmin hücumçuları isə ya klubları buraxmır, ya da onlar özləri "Neftçi"nin hazırkı mövqeyinə görə  ağ-qara formanı geyinmək istəmir.

Belədə komandanın çempionatın ikinci yarısını hücumçusuz keçirmək təhlükəsini hiss edən rəhbərlik bir neçə oyunçu ilə danışıqları sürətləndirib. Onların kimliyini müəyyənləşdirmək mümkün olmasa da, Avropadan olduqları məlumdur. Bakı klubunun transfer pəncərəsinin əvvəlində elçi düşdüyü ispaniyalı forvardlara qayıtdığı ehtimal edilir.

Transfer pəncərəsinin bağlanmasına isə cəmi 10 gün qalıb.


oxunma sayı: 513 | Paylaş:




?>