')

Bu gün:


FutbolPress.Az | Gürcüstan yığmasının müdafiəçisi "Neftçi"dən niyə imtina edib?

Gürcüstan yığmasının müdafiəçisi "Neftçi"dən niyə imtina edib?


oxunma sayı: 741 Paylaş:

FutbolPressGürcüstan yığmasının müdafiəçisi Uça Lobjanidzeyə "Neftçi"yə keçmək təklif edilsə də, o, bundan imtina edib. Bu barədə futbolçunun özü məlumat verib.

Qazaxıstanın "Atırau" klubu ilə müqavilə imzalayan müdafiəçi "Sports.kz"a müsahibəsində bunları deyib:

"Dinamo" (Tblisi) ilə müqavilə müddəti başa çatandan sonra bir neçə təklif var idi. Onlardan biri Bakı "Neftçi"sindən idi. Azərbaycan və Türkiyədən başqa təkliflər də oldu, ancaq sonda "Atırau"nu seçdim. Bu ölkə mənə çox maraqlı gəlirdi. Qazaxıstan çempionatında oynamağın da maraqlı olacağını düşündüm".

Son klubu "Dinamo" olan Lobjanidze 2008-di ildən Gürcüstan millisinin formasını geyinir.


oxunma sayı: 741 | Paylaş:




?>