')

Bu gün:


FutbolPress.Az | Samir Abasov: "Məğlub olmağımıza baxmayaraq..."

Samir Abasov: "Məğlub olmağımıza baxmayaraq..."


oxunma sayı: 168 Paylaş:

FutbolPressPremyer Liqanın ikinci hissəsinə hazırlığı Türkiyədə davam etdirən "Sumqayıt" ikinci yoxlama oyununu keçirib. Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşan "kimyaçılar" minimal heabla məğlub olub - 0:1.

Oyundan sonra komandanın baş məşqçisi Samir Abasov qarşılaşmanı dəyərləndirib:

“Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəldi. İrəliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.


oxunma sayı: 168 | Paylaş:




?>