')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" Özbəkistan klubu ilə bacarmadı

"Sumqayıt" Özbəkistan klubu ilə bacarmadı


oxunma sayı: 159 Paylaş:

FutbolPressTürkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə bu gün növbəti yoxlama oyununu keçirib.

"Kimyaçılar" Özbəkistan klubu “Nasaf”la qarşılaşıb. "The Sense Luks" otelinin stadionunda baş tutan və Bakı vaxtı ilə saat 16:30-da start götürən oyunda Samir Abbasovun komandası minimal hesabla məğlub olub.

"Nasaf" son mövsüm ölkə çempionatını 3-cü pillədə başa vurub.

“Sumqayıt” Antalyada son yoxlama oyununu yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.


oxunma sayı: 159 | Paylaş:




?>