')

Bu gün:


FutbolPress.Az | Pavel Paşayev "Neftçi"yə keçəcək? (AÇIQLAMA)

Pavel Paşayev "Neftçi"yə keçəcək? (AÇIQLAMA)


oxunma sayı: 394 Paylaş:

FutbolPressQış transfer bazarının ən aktiv klubu "Neftçi" ilə bağlı az qala hər gün yeni futbolçunun adı hallanır. Bir müddət Azərbaycan millisinin müdafiəçisi Pavel paşayevin də "ağ-qaralar"ın heyətinə qoşulacağı deyilsə də, bununla bağlə rəsmi heç nə yoxdur.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov "FutbolPress"ə açıqlamasında Pavel Paşayevin hələ də düşərgəyə qoşulmadığını söylədi:

"Pavel Paşayevin transferi ilə bağlı vəziyyət dəyişməyib. Bununla əlaqəli yeni bir şey yoxdur. 2 gün öncə müşahidədən qayıtmışam, belə bir şey yox idi. Bu məsələ hələ də açıq olaraq qalır. Gündəmimizdə var, ancaq komandaya qoşulub qoşulmayacağı, hələ ki, məlum deyil".

Həmsöhbətimiz komandanın hücum xəttinə transfer ediləcəyini, ancaq dəqiq ad deyə bilməyəcəyini bildirdi: "Bildiyiniz kimi xorvatiyalı hücumçu Vidoviç düşərgəmizdə baxışda idi. Gəldiyi gündən məlumat vermişdik ki, komandada belə bir futbolçu var.  Ancaq ikinci oyundan sonra bəyənilmədi və göndərildi. Ondan sonra hər hansı hücumçu təlim-məşq toplanışına gəlməyib. Ancaq hücumçu transferi gündəmdədir. Bununla bağlı axtarışlar davam edir. Konkret variantar da mövcuddur, sadəcə hələlik reallaşan bir şey yoxdur. Bir çox oyunçu ilə danışıq aparılırdı, bura ispaniyalı futbolçular da daxil idi. Ancaq konkret ad açıqlanmayıb. Özüm də hər hansı ad bilmirəm. Çünki real bir şey yoxdur. Əgər konkret nəsə olsa, deyərdim. Bəzi futbolçularla danışıqlar davam edir. Razılıq əldə ediləcəyi təqdirdə hücumçu alacağıq".

"Neftçi" indiyə qədər 7 futbolçunun transferini bitirib. Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovla münasibətlər rəsmiləşdirilib.


oxunma sayı: 394 | Paylaş:




?>