')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin bahalı və riskli addımları (QEYD)

"Neftçi"nin bahalı və riskli addımları (QEYD)


oxunma sayı: 1125 Paylaş:

FutbolPress“Neftçi” qış transfer bazarının ən fəal "alıcısıdır".

Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Herrera ("İrtış", Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa ("Siqma", Çexiya), Ruslan Abışov ("İnter") komandaya  götürülüb. Pavel Paşayevin də transfer ediləcəyi haqda xəbərlər yayılsa da, futbolçunun hələ  komandanın düşərgəsinə qatılmadığı məlumdu. Baş məşqçi Elxan Abdullayevin açqlamasına görə hücumçu axtarışı davam edir. Bununla məlum olur ki, transfer prosesi hələ yekunlaşmayıb.

Mütəxəssislərin fikrinə görə, “Neftçi” bazarda belə fəallığıyla autsayder mövqeyindən uzaqlaşmağı – avroliqalara vəsiqə verən pillələrə yüksəlməyi hədəfləyib. Ancaq yanaşmada tələskənlik hiss olunur və bu, ümumi işin ziyanına ola bilər.

Ümumiyyətlə isə qış transfer dövrü fəal proses hesab edilmir. Çünki əksər faydalı futbolçuların alınması daha çox yay transfer dövründə mümkündü. Səbəb futbolçuların klublarıyla müqavilələrinin əsasən həmin dövrdə bitməsidi. Bu da yeni futbolçu cəlb eləməyi daha sərfəli və səmərəli edir.

Bildirək ki, “Neftçi” yayda da heyətə kifayət qədər legioner cəlb eləmişdi:
Edson Kastilya ("Mineros Quayana", Venesuela),  Vançe Şikov (“Austria”, Avstriya), Dario Melnyak (“Lokeren”, Belçika: icarəyə), Krşevan Santini ("Enosis", Kipr), Katalin Tira ("Rapid", Avstriya), Denilson Pereyra (“Qranada”, İspaniya: icarəyə).

Onların hamısı artıq göndərilib.  Yeni baş məşqçi Elxan Abdullayev qış fasiləsi ərəfəsində bildirmişdi ki, komandanın uğursuzluq zolağından çıxması üçün heyətdə dəyişikliyə ehtiyac var. Görünən isə köklü dəyişiklikdi. Tam bir restavrasiyadır. Xüsusən, əlverişsiz hesab edilən qış transfer dönəmində.

Çempionatın bitiminə 3 aydan bira az artıq vaxtın qaldığını bilirik. İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməyinə görə bu il ölkə çempionatı bir ay tez bitəcək. Bu qısa müddətdə yeni heyətin adaptasiyası və arzulanan hədəfə nail olmaq – namümkün qədər çətin görünür. Güman ki, Abdullayev hansı məsuliyyətin altına girdiyini bilir.

Yeni legionerlər həm də ciddi xərc deməkdir.  Bu qədər məsrəfin qarşığılığında komanda Avropa Liqasına vəsiqə qazana bilməsə…

Xatırladaq ki, “Neftçi” 14 turdan sonra 9 xalla turnir cədvəlində sondan ikinci – 7-ci yerdədir. AL-ə vəsiqə verən 4-cü yerlə isə “ağ-qaralar”ı 8 xal ayırır. Bu fərqi aradan qaldırmaq və ya  ölkə kubokunu qazanmaq – iki imkandan birini əldə eləməkçün atılan bahalı addımların faydalı olub-olmayacağını isə elə də uzun olmayan zaman bizə göstərəcək.

Elçin


oxunma sayı: 1125 | Paylaş:




?>