Bu gün:


FutbolPress.Az | Roman Qriqorçuk xorvatiyalı futbolçuya ehtiyac duymadı

Roman Qriqorçuk xorvatiyalı futbolçuya ehtiyac duymadı


oxunma sayı: 263 Paylaş:

FutbolPress"Qəbələ" bu gün təlim-məşq toplanışını keçirmək üçün Türkiyənin Antalya şəhərinə yola düşüb. 

Ancaq "ağ-qaralar" qonşu ölkəyə tam heyətlə getməyib.

Komandanın baş məşqçisi Roman Qriqorçuk xorvatiyalı yarımmüdafiəçi Petar Franyiç Azərbaycanda saxlayıb. Buna səbəb onun mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərə bilməməsi olub.

Futbolçu əvəzedici komanda ilə birlikdə məşq edəcək.


oxunma sayı: 263 | Paylaş: