Bu gün:


FutbolPress.Az | Millimiz İspaniya və Ukrayna ilə eyni qrupa düşdü

Millimiz İspaniya və Ukrayna ilə eyni qrupa düşdü


oxunma sayı: 102 Paylaş:

FutbolPressFutbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Millimiz turnirdə bu futbolçularla çıxış edəcək:

Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev


oxunma sayı: 102 | Paylaş: