Bu gün:


FutbolPress.Az | Pavel Paşayevin Ukraynanı Azərbaycana dəyişməsinin əsl səbəbi məlum oldu

Pavel Paşayevin Ukraynanı Azərbaycana dəyişməsinin əsl səbəbi məlum oldu


oxunma sayı: 407 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Pavel Paşayevin "Neftçi"yə keçidinin səbəbi məlum olub.

"Futbolpress" Ukrayna mətbuatına istinadən xəbər verir ki, futbolçunun bu addımı  çıxış etdiyi "Stal" klubunun sanksiyaya məruz qalma ehtimalı ilə əlaqədar olub.

Klub futbolçunun qeydiyyatında saxtakarlığa yol verib. Paşeyev mövsümün əvvəlində Ukrayna Peşəkar Liqasında qeydiyyatdan keçirilərkən bu ölkənin pasportunu təqdim edib. Ancaq həmin zaman o, Azərbaycan yığmasında çıxış edib.

Bununla bağlı Ukrayna Futbol Federasiyası tərəfindən ciddi cəzaya məruz qalacağı gözlənilən "Stal" milli üzvündən canını qurtarmaq istəyib.

Paşeyevin "Neftçi" ilə ilyarımlıq müqavilə imzalayacağı gözlənilir.




oxunma sayı: 407 | Paylaş: