Bu gün:


FutbolPress.Az | "FIFA-nın yeni qərarı Azərbaycanın xeyrinədir"

"FIFA-nın yeni qərarı Azərbaycanın xeyrinədir"


oxunma sayı: 64 Paylaş:

FutbolPressFIFA-nın dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayını 32-dən 48-ə yüksəltməsi ilə bağlı qərarı dünya futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Bununla bağlı "R-Sport"a danışan Moldova Futbol Federasiyasını prezidenti Pavel Çebanu bildirib ki, yeni qərarın Azərbaycan, Moldova kimi kiçik ölkələrin dünya çempionatında iştirakı üçün müsbət nəticələri olacaq:

"İlk baxışdan bu qədər komandalı çempionat heç qəribə görünür. Ancaq ən önəmlısi vəsiqələrin qitələr üzrə paylanmasındakı yekun qərardı. Bu bizim üçün əlavə şansdı. Böyük futbol ölkələri üçün bunun heç bir əhəmiyyəti yoxdur. Onların etirazı başadüşüləndir. Amma FIFA-nın qərarı Baltikyanı dövlətlər, Azərbaycan, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələrinin xeyrinədir".


oxunma sayı: 64 | Paylaş: