Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev niyə klub tapa bilmir?    

Ramil Şeydayev niyə klub tapa bilmir?    


oxunma sayı: 536 Paylaş:

FutbolPress"Trabzonspor"un formasını geyinən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin gələcək taleyi ilə bağlı müəmma davam edir.

Futbolçunun adı bir ara PTT I Liqa təmsilçisi "Samsunspor" və Bakı "Neftçi"si ilə çəkilsə də, yekunda Şeydayev bu klubların heç birinə keçmədi.

Artıq bunun səbəbləri də məlum olmağa başlayıb. Ramil, ümumiyyətlə, nə Azərbaycanda, nə də Türkiyənin I Liqa klubunda oynamaq istəyirmiş. Onun tələb etdiyi maaş da bu klubların təklif etdiyindən artıq olub. Gənc hücumçu ən azı "Trabzonspor"da aldığı qədər məvacib istəyib. Bu isə ilk dövrədə "Trabzonspor"da cəmi 3 oyunda meydana çıxan futbolçu üçün perspektivindən artıq hesab edilib.

Gənc hücumçu hazırda əsasən Türkiyə Super Liqası klublarından birinə keçmək, ya da karyerasını Portuqaliya və Çexiyada davam etdirmək fikrindəndir. Bu variantlarla bağlı isə hələlik rəsmi təklif gəlməyib.

Milli üzvünün karyerasını harda davam etdirəcəyi məlum deyil. Ancaq "Trabzonspor"un baş məşqçisi Ərsun Yanalın Super Liqanın II dövrəsi üçün planlarına daxil olmadığı dəqiqdir.

Belə vəziyyətdə Şeydayev ya aşağı maaşa razı olub oynaya biləcəyi bir kluba keçəcək, ya da "Trabzonspor"un əvəzedici heyətinə göndəriləcək.


oxunma sayı: 536 | Paylaş: