Bu gün:


FutbolPress.Az | "Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdır"

"Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdır"


oxunma sayı: 77 Paylaş:

FutbolPress"Səbail"in qış transfer dövründəki yeni transferlərindən olan Ruslan Tagizade komandaya keçidi ilə bağlı açıqlamalar verib.

Dünən ağ-göy forma ilə keçirdiyi ilk oyununda MOİK-ə qarşı yoldaşlıq görüşündə qol hesabını açan 23 yaşlı yarımmüdafiəçi bunları deyib:

"Səbail" gələcək üçün hədəfləri olan klubdur. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. "Səbail"də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdır. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm".


oxunma sayı: 77 | Paylaş: