Bu gün:


FutbolPress.Az | "Neftçi" mövsümü 3-cü, ya da 4-cü bitirəcək"

"Neftçi" mövsümü 3-cü, ya da 4-cü bitirəcək"


oxunma sayı: 335 Paylaş:

FutbolPress"Neftçi"nin yeni transferi Kirill Petrovun meneceri Aleksandr Pankov bu keçidlə bağlı ukrayna mətbuatına açıqlama verib. O, futbolçunun "Olimpik"i "Neftçi"yə dəyişməsinin həm sərfəli təkliflə əlaqədar olduğunu, həm də bunda Bakı klubunun tarixinin əhəmiyyət daşıdığını bildirib.

Petrov futbolçunun Azərbaycana keçidində "neft milyonlar"ının nə dərəcədə rol oynaması ilə bağlı suala belə cavab verib:

"Təbii ki, Azərbaycanda təklif edilən şərait "Olimpik"in verdiklərindən daha yaxşı idi. Bununla əlaqədar biz dərhal klubla razılığa gəldik və Kirill azad agent statusu aldı. O, "Neftçi"yə keçdiyi üçün xoşbəxtdir. Bu, böyük tarixi olan klubdur. Onlar hazırda layiq olduqları yerdə deyillər. Ancaq, fikrimcə, "Neftçi" mövsümü 3-cü, ya da 4-cü yerdə bitirəcək".


oxunma sayı: 335 | Paylaş: