Bu gün:


FutbolPress.Az | "Qarabağ"da yeni futbolçu

"Qarabağ"da yeni futbolçu


oxunma sayı: 173 Paylaş:

FutbolPressAntalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın  heyətinə yeni futbolçu qoşulub.

Bu, Rusiyanın "Amkar" (Perm) klubunun  yetirməsi Rinat Hüseynov dur. Gənc futbolçu baxışa dəvət edilib.

Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək.

20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir.

Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qol vurub.


oxunma sayı: 173 | Paylaş: