Bu gün:


FutbolPress.Az | "Azərbaycan çempionatının səviyyəsi Avropada uğur qazanmağa imkan verir"

"Azərbaycan çempionatının səviyyəsi Avropada uğur qazanmağa imkan verir"


oxunma sayı: 448 Paylaş:

FutbolPress"Neftçi"nin yeni transferi Kirill Petrov Bakı klubuna keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.

"Sport Arena"ya danışan müdafiəçi "Neftçi"ni adına, tarixinə gör seçdiyini bildirib:

"Asiya, Yunanıstan və Azərbaycandan təkliflər var idi. "Neftçi"ni ona görə seçdim ki, adı var, ənənələri var. Bəli, komanda çempionatda yalnız 7-ci yerdədir. Ancaq klubda məşqçilər, futbolçular dəyişib. Hazırda "Neftçi"nin böyük hədəfləri var. Bu da seçimimə təsir etdi".

Petrov Azərbaycan çempionatının hazırki səviyyəsi ilə "Neftçi"nin avrokuboklarda uğur qazanmaq patensialından da danışıb:

"Bu komandanın Avropa Liqasının qrup mərhələsində oynadığı dövrlər yaxın tarixə təsadüf edir. Ona görə də "Neftçi"nin avrokuboklarda uğurlu çıxış etməyini istəyirəm. Məncə, Azərbaycan Premyer Liqasının indiki səviyyəsi çox yüksəkdir. Klubların heyətində çoxlu yaxşı legionerlər var. Düşünürəm ki Azərbaycan çempionatı Ukrayna Premyer Liqası səviyyəsindədir. Orda oynayıb Avropada uğur qazanmaq olar. Həqiqətən də, bu ölkədə yeni bir şey görmək və kəşf etmək istəyirəm".

Ukraynalı futbolçu daha əvvəl Qazaxıstan və Polşada legioner həyatı yaşadığı üçün Azərbaycanda uyğunlaşmaq probleminin olmayacağını düşünür:

"Düzü, bu komandaya adaptasiya olmağın nə qədər çətin olacağını bilmirəm. Orda uğur qazanmaq istəyirəmsə, Azərbaycan futbolunun atmosferinə girməliyəm. Bu ölkədə oynamaq maraqlı olacaq. Uyğunlaşmaq üçün, təbii ki, zamana ehtiyac olacaq. Ancaq bu, o qədər də çox olmamalıdır".

Kirill Petrov "Neftçi"nin Azərbaycan Premyer Liqasının ikinci hissəsində uğurlu çıxış edəcəyinə inanır:

"Artıq yanvarın 28-i qış fasiləsi başa çatacaq və çempionat qaldığı yerdən davam edəcək. Yalnız 3 həftə vaxtımız qalır. Buna görə də hazırlıq toplanışında çox çalışmalıyıq. Bu mənim üçün heç vaxt problem olmayıb. Əminəm ki, "Neftçi"də hər şey yaxşı olacaq".


oxunma sayı: 448 | Paylaş: