Bu gün:


FutbolPress.Az | Milli üzvü: "A zərbaycanda yalnız "Qarabağ"da oynayaram"

Milli üzvü: "Azərbaycanda yalnız "Qarabağ"da oynayaram"


oxunma sayı: 573 Paylaş:

FutbolPressAdı “Neftçi” ilə hallanan Çexiya millisinin futbolçusu Lukaş Droppa karyerası ilə bağlı açıqlama verib.

Son olaraq Rusiyanın “Tom” klubunda top qovan 27 yaşlı yarımmüdafiəçi yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcəyini bildirib. O, Azərbaycanda oynamaq istəmədiyini deyib:

“Azərbaycan, Kipr və digər ölkələrin klublarından təklif almışam. Amma bu klublarda oynamaq istəmirəm. Azərbaycanda yalnız "Qarabağ"ın təklifinə "bəli" deyərəm. Çalışacam ki, tez bir zamanda yeni komandamın adı müəyyənləşsin. Transfer məsələm son günlərə qədər yubanmasını istəmirəm. Ola bilsin ki, Çexiyaya qayıtdım”.

Droppa Çexiya millisinin heyətində DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı oynayıb.


oxunma sayı: 573 | Paylaş: