Bu gün:


FutbolPress.Az | Bakıda ölən futbolçuların klubu bilindi

Bakıda ölən futbolçuların klubu bilindi


oxunma sayı: 995 Paylaş:

FutbolPressBakıda mənzildən meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi komanda müəyyənləşib. Bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubunun üzvləridi.

Bunlar Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusdur. Daha bir kamerunlu Senan Nike də əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağl istintaq davam edir.


oxunma sayı: 995 | Paylaş: