')

Bu gün:


FutbolPress.Az | Ronaldo "Barselona"ya niyə keçməyib?

Ronaldo "Barselona"ya niyə keçməyib?


oxunma sayı: 439 Paylaş:

FutbolPress"Barselona”nın sabiq prezidenti Xuan Laporta həftəsonu baş tutacaq "Barselona” - "Real” matçından öncə maraqlı açıqlamalar verib.

O, "Real”ın portuqaliyalı futbolçusu Kristiano Ronaldonun vaxtilə "Barselona"ya keçə biləcəyindən danışıb. Onun sözlərinə görə, keçidin baş tutmamasına 2 milyon avro və futbolçunun meneceri səbəb olub:

"Həmin vaxt Ronaldinyo, Rafael Markez və Kuarejma kimi futbolçuları transfer etdik. Transfer edə biləcəyimiz dördüncü futbolçu "Sportinq”də forma geyinən Kristiano Ronaldo idi. Onun üçün 17 milyon avro təklif etmişdik, amma meneceri razı olmadı. Sonra öyrəndik ki, transferin həyata keçməməsinə 2 milyon avro səbəb olub. Çünki Ronaldo 19 milyon avro qarşılığında "Mançester Yunayted”ə transfer olunmuşdu”.


oxunma sayı: 439 | Paylaş:




?>