')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan millisində olduğum müddətdə..." - Robert Prosineçki

"Azərbaycan millisində olduğum müddətdə..." - Robert Prosineçki


oxunma sayı: 891 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Sloveniya mətbuatına açıqlama verib.

"Times.si" saytına açıqlamasında xorvatiyalı mütəxəssis Zaqreb "Dinamo"suna qayıtmaq ehtimalından və Azərbaycan millisindəki gələcəyindən danışıb.

"Şübhəsiz ki, mən "Dinamo"nun baş məşqisi deyiləm. "Dinamo"da çox şey qazanmışam. Ancaq hazırda Azərbaycan millisinin baş məşqçisiyəm. Mənim "Dinamo"ya qayıtmağım mümkün deyil. Azərbaycan millisində olduğum müddətdə, başqa klub və ya komandaya keçmək barədə düşünə bilmərəm".

Prosineçki 1986-1987,  1997-2000-ci illərdə "Dinamo"da çıxış edib. O, 2014-cü ildən Azərbaycan yığmasının baş məşqçisidir.


oxunma sayı: 891 | Paylaş:




?>