')

Bu gün:


FutbolPress.Az | Sadio Tounkara AZAL-da (RƏSMI)

Sadio Tounkara AZAL-da (RƏSMI)


oxunma sayı: 654 Paylaş:

FutbolPressSadio Tounkara karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Malili yarımmüdafiəçi AZAL klubu ilə anlaşıb.

Tounkara ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub. Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq. Sonuncu klubu Kipr təmsilçisi “Enosis” olan Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.

Sadio Tounkara 2012-2015-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.


oxunma sayı: 654 | Paylaş:




?>