')

Bu gün:


FutbolPress.Az | Şeydayevsiz "Trabzonspor" aşağı liqa klubuna da uduzdu

Şeydayevsiz "Trabzonspor" aşağı liqa klubuna da uduzdu


oxunma sayı: 239 Paylaş:

FutbolPressTürkiyə kubokunda qrup mərhələsinin birinci turunun oyunların keçirilir.

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" da ilk oyununu keçirib. H qrupunda yer alan Trabzon təmsilçisi doğma meydanda aşağı liqada mübarizə aparan "Gümüşhanespor"u qəbul edib. Bu mövsüm işləri yolunda getməyən Ersun Yanalın komandası matçın gedişində hesabda önə keçsə də, sonradan üstünlüyü əldən verib  və 1:2 hesablı məğlubiyyətlə barışmalı olub.

Şeydayevin adı bu oyunun iştirak ərizəsinə daxil edilsə də, Yanal yenə onu meydana buraxmayıb.

"Trabzonspor"a ötən yay transfer edilən Ramil yalnız kubok matçlarında oynamaq imkanı əldə edib. 2 dəfə meydana çıxan gənc hücumçu 1 qol vurub.


oxunma sayı: 239 | Paylaş:




?>