')

Bu gün:


FutbolPress.Az | Bir oyunda üç yubiley

Bir oyunda üç yubiley


oxunma sayı: 381 Paylaş:

FutbolPress“Zirə” Azərbaycan Premyer Liqasının XIII turunda 3 yubiley qeyd edib.

Bakı klubu üçün “İnter”lə görüş güclülər dəstəsində evdə keçirdiyi 25-ci qarşılaşma olub. 25-ci matç həm də 5-ci heç-heçə ilə əlamətdar olub. 1:1 hesabı ilə başa çatan matçadək zirəlilər öz meydanında 4 dəfə bərabərliklə kifayətlənmişdi. Qazanılan 1 xal sayəsində “Zirə”nin öz meydanında topladığı xalların cəmi 50-yə çatıb. Paytaxt təmsilçisi 25 görüşdə 15 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Evdə 35-ci qolunu vuran komanda 23-cü dəfə topu qapısından çıxarıb.

Növbəti turun qarşılaşması “Zirə” üçün Premyer Liqada 50-ci, səfərdə 25-ci matç olacaq.


oxunma sayı: 381 | Paylaş:




?>