')

Bu gün:


FutbolPress.Az | "Şapekoense" təyyarə qəzasının səbəbi məlum oldu

"Şapekoense" təyyarə qəzasının səbəbi məlum oldu


oxunma sayı: 203 Paylaş:

FutbolPressBraziliyanın “Şapekoense” klubunun futbolçularını daşıyan təyyarənin qəzaya düşmə səbəbi məlum olub. Bu, hava gəmisində yanacağın bitməsi nəticəsində baş verib.

Pilotla qüllə arasındakı danışıqların səs yazısının ortaya çıxmasından sonra məlum olub ki, təyyarə eniş üçün təcili icazə istəyib və pilot bildirib ki, yanacaq bitmək üzrədir, elektrik isə yoxdur. Bunun ardınca əlaqə kəsilib.

Hazırda qəzayla bağlı istintaq davam edir.


oxunma sayı: 203 | Paylaş:




?>