Şeydayevin komandasında 9 "günah keçisi"
Paylaş:
Azərbaycan millisinin üzvü Ramil şeydayevin də şərəfini qoruduğu Türkiyənin "Trabzonspor" klubunda islahatlara başlanıb.
Artıq xəbər verdiyimiz kimi, mövsümöncəsi transferlərə görə skaut heyətini günahlandıran rəhbərlik 12 nəfərlik heyətdən 9-u ilə yollarını ayırıb. Komandada yalnız Harri Luis, Hayati Şen ve Uğur Uzunali qalıb. Onlar baş məşqçi Ersun Yanalın rəhbərliyi altında fəaliyyətlərini davam etdirəcək.
Ancaq komandadan uzaqlaşdırılanlar yayda baş tutan transferlərdə günahlarının olmadığını, müqavilələrin baş məşqçi Ərsun Yanal və klub rəhbəri Muharrem Ustanın istəyi ilə bağlandığını açıqlayıb. Klub prezidenti özü də bunu təsdiqləyərək uğursuz transferlərin bütün komandanın səhvi olduğunu bildirib.
Ramil Şeydayev Trabzon klubuna ötən yay transfer edilən futbolçulardandır. Super Liqada hələ də debüt etməyən gənc hücumçu ölkə kubokunda iki dəfə meydana çıxıb və 1 qol vurub. Futbolçunun qış fasiləsi zamanı icarəyə göndəriləcəyi ehtimal edilir.
| Paylaş: