')

Bu gün:


FutbolPress.Az | Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"də?

Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"də?


oxunma sayı: 846 Paylaş:

FutbolPress"Xəzər Lənkəran”ın sabiq futbolçusu İqor Kovaleviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Ancaq bu dəfə məşqçi kimi.

Hazırda Belarusun “Neman” klubunu çalışdıran mütəxəssis Bakı klublarından birindən və Qazaxıstandan təklif alıb. Bu barədə məlumatı "Sportfakt" yayıb. Ancaq onunla hansı klubun maraqlandığı açıqlanmır.

Ehtimallara görə, mütəxəssisin xidmətində Bakının "Neftçi" klubu maraqlıdır. Çünki hazırda baş məşqçiyə daha çox ehtiyyacı olan iki Bakı klubu var. AZAL-ın maliyyə problemləri nəzərdə alınsa, mütəxəssislə "Neftçi"nin əlaqəyə keçəcəyi gözləniləndir. Kovaleviçi Azərbayana gətirə biləcək digər Bakı klubu "Səbail" ola bilər ki, bunun üçün də əvvəlcə komandanın yüksək liqaya vəsiqə qazanması lazımdır. Belə bir söz-söhbət varsa, deməli "Neftçi" ilə bağlıdır.


oxunma sayı: 846 | Paylaş:




?>