')

Bu gün:


FutbolPress.Az | Şeydayevin "Trabzonspor"a transferində günahkarlar məlum oldu

Şeydayevin "Trabzonspor"a transferində günahkarlar məlum oldu


oxunma sayı: 486 Paylaş:

FutbolPressTürkiyənin "Trabzonspor" klubunda uğursuz transferlərin səbəbkarları açıqlanıb.

Komandanın uğursuz çıxışında mövsümün əvvəlində qurulan skaut heyəti günahkar sayılıb. Bu klubun prezidenti Muharrem Usta baş məşqçi Ersun Yanalla görüş zamanı ortaya çıxıb. Müzakirələrdən sonra yayda alınmış futbolçuların lazımi səviyyədə hazırlıqlı olmadıqları qənaətinə gəlinib.

Mövsümün əvvəlində qurulan 15 nəfərlik skaut heyəti uğursuzluğun səbəbkarı sayılıb. Qeyd olunur ki, klub onların fəaliyyəti üçün 300 min avro büdcə ayırsa da, ikiqat artıq vəsait xərclənib.

Skautların istəyilə alınan 5 futbolçudan biri Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevdir. Ancaq o, Super Liqa matçlarında meydana çıxmayıb, ölkə kubokunda isə 2 oyunda forma geyinib, 1 dəfə isə qol vurub.

Uğursuz nəticələrdən sonra skaut heyəti tərkibinin 4-5 nəfərədək endiriləcəyi və onun Yanala tabe olacağı bildirilir.

Yayda Rusiya "Zenit"indən transfer edilmiş Ramil Şeydayevin qış transfer dövründə "Trabzonspor"dan ayrılacağı gözlənilir.


oxunma sayı: 486 | Paylaş:




?>