')

Bu gün:


FutbolPress.Az | Azərbaycanı geridə qoyan Ermənistan, mövqeyini yaxşılaşdıran Türkiyə (REYTİNQ)

Azərbaycanı geridə qoyan Ermənistan, mövqeyini yaxşılaşdıran Türkiyə (REYTİNQ)


oxunma sayı: 798 Paylaş:

FutbolPressFIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Artıq xəbər verdiyimiz yeni siyahıda Azərbaycan millisi 2 pillə geri düşüb.

Bəs cədvəldə daha hansı dəyişikliklər olub?

Millimizin DÇ-2018-in seçmə mərhələ rəqiblərindən ən yaxşı nəticə Almaniyadadır. Bundestim ötən ayla müqayisədə 1 pillə geriləyib və hazırda dünyanın ən güclü üçüncü kollektividir. Yoahim Lövün komandası 1 xal itirməklə 2-ciliyi Braziliyaya təhvil verib.

Azərbaycan millisinin son oyunda 0:4 hesabı ilə məğlub olduğu Şimali İrlandiya yığması mövqeyini yaxşılaşdırıb. Britaniyalılar 4 pillə irliləyərək 32-ci yerə sahib çıxıblar.

Digər rəqiblərimizdən Çexiya və Norveç isə geriləyib. Onların hər ikisi 3 pillə geri düşüb. Bu komandaar müvafiq olaraq 43 və 83-cü pillələrdə qərarlaşıb.

Qrupun autsayderi San-Marino da geriləyənlər arasındadır. Cırtdan ölkə təmsilçiləri ikinci yüzlükdən də kənardadı. Cəmi 17 xalı olan komanda ötən ayla müqayisədə 1 pillə geriləyib və 202-cidir.

Yeni siyahıda ən çox qabağa düşən Ermənistan yığmasıdı. 38 pillə irəliləyən ermənilər millimizi də geridə qoymaqla 87-ci yerə yüksəlib. Ermənistandan sonra mövqeyini ən çox yaxşılaşdıranlar - İsrail 25, Kipr isə 23 pillə irəliləyib.

Çad, Türkmənistan və Qırğızıstan isə əksinə, ən çox geriləyənlərdi. Onlar müvafiq olaraq 49, 29 və 25 addım geri düşüb.

Azərbaycanlı futbol azarkeşlərinin yaxından maraqlandığı Türkiyə yığması mövqeyini 1 pillə yaxşılaşdırıb. Seçmə mərhələ oyununda Kosovoya qalib gələn (2:0) Fatih Terimin yetirmələri 24-cüdür.

DÇ-2018-ə ev sahibliyi edəcəyi üçün seçmə mərhələ oyunlarından azad olan Rusiya seçməsi "50-lik"dən kənardı. Şimallılar daha 2 addım geriləyərək 5-ləri cütləşdirib - 55-ci pillə.

İlk "10-luq"da Braziliya ilə yanaşı digər Cənubi Amerika təmsilçisi Çili də irəliləməyə nail olub. Onlar Belçika və Kolumbiyanı üstələyərək 4-cü yerə sahib çıxıblar. Argentinanın başçılıq etdiyi "10-luğ"un digər üzvləri Fransa, Portuqaliya, Uruqvay və İspaniyadır.


oxunma sayı: 798 | Paylaş:




?>