')

Bu gün:


FutbolPress.Az | Şeydayev oynadı, komandası əzmkar qələbə qazandı

Şeydayev oynadı, komandası əzmkar qələbə qazandı


oxunma sayı: 399 Paylaş:

FutbolPressTürkiyə kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" da bu turda meydana çıxıb. Səfərdə "Çorum Bələdiyəspor"la qarşılaşan Trabzon təmsilçisi 3-cü liqa komandasının ciddi müqaviməti ilə üzləşib.

Oyunda hesabı da meydan sahibləri açıb. Onlar Salim Uzunun qolu ilə önə keçsələr də, ikinci hissənin sonlarında Dame Ndoye "Trabzonspor"un bərabərlik qolunu vurub. Əlavə vaxtda isə Okay Yokuşlu ikinci topu rəqib qapısından keçirərək komandasını kubokun qrup mərhələsinə daşıyıb.

Ramil Şeydayev oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib. Hücumçu heç nə ilə yadda qalmayıb.


oxunma sayı: 399 | Paylaş:




?>