')

Bu gün:


FutbolPress.Az | Robert Prosineçki: "Bu, mənim üçün böyük şərəfdi"

Robert Prosineçki: "Bu, mənim üçün böyük şərəfdi"


oxunma sayı: 383 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Respublika Prezidenti cənab İlham Əliyevin milli komanda və məşqçinin özü barədə səsləndirdiyi xoş sözlərlə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib.

O, bunları deyib:

“Öz ölkəmin Prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim  üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.


oxunma sayı: 383 | Paylaş:




?>