')

Bu gün:


FutbolPress.Az | I Divizion klubları cərimələndi

I Divizion klubları cərimələndi


oxunma sayı: 92 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizionun 7-ci turunda baş verən hadisələr barədə qərarlar qəbul edilib.

“Mil-Muğan” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Energetik” – “Şərurspor” matçında “Energetik” klubunun 4,  “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 50-ci dəqiqəsində “Energetik” klubunun futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub.

Oyunun 60-cı dəqiqəsində “Energetik” klubunun futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunub.


oxunma sayı: 92 | Paylaş:




?>