')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayev DÇ-2018-in oyununda!

Əliyar Ağayev DÇ-2018-in oyununda!


oxunma sayı: 494 Paylaş:

FutbolPressAzərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb.

Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.

O deyib ki, Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.

Noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək. (Report)


oxunma sayı: 494 | Paylaş:




?>