Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu
Paylaş:
Topaz Premyer Liqasının IX turunun “Kəpəz”lə “İnter” arasındakı qarşılaşması iki yubileylə əlamətdar olub. 0:0 hesabı ilə başa çatan matçda hər komandanın bir üzvü Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Meydan sahiblərinin heyətində yubilyar komandanın kapitanı Tural Axundov olub. 2008/09 mövsümündə debüt etdiyi Premyer Liqada 9 qol vuran müdafiəçi “200”ə 5 klubda oynamaqla çatıb. İlk oyununu MOİK-də keçirən Axundov “Muğan”, “Rəvan”, “Simurq”dan sonra “Kəpəz”də çıxış edir. 9 mövsümdə mükafat qazana bilməyən Axundovdan fərqli 200-cü matçını keçirən digər futbolçu - “İnter”in braziliyalı müdafiəçisi Denis Silva daim iddialı klublarda oynayıb. İndiki komandasınadək “Xəzər Lənkəran” və “Neftçi”də oynamış cənubi amedikalı 3 dəfə çempionluq yaşayıb. O, 5 dəfə finalında oynadığı ölkə kubokunu da 3 dəfə başı üzərinə qaldırıb. 2007/08 mövsümündə debüt etdiyi çempionatdakı 200 matçda Silvanın 11 qolu var.
Qeyd edək ki, bunadək 113 futbolçu ölkə çempionatında 200 oyun səddini fəth edib. Tural və Denis bu rəqəmi 115-ə çatdırıb. Sonuncu bunu bacaran 6-cı legioner və ilk cənubi amerikalı kimi tarixə düşüb.
Tural Axundov Premyer Liqada
2008/09
MOİK (Bakı)
2
0
2009/10
Muğan (Salyan)
11
2
2010/11
Muğan (Salyan)
27
1
2011/12
Rəvan (Bakı)
31
0
2012/13
Rəvan (Bakı)
23
2013/14
Simurq (Zaqatala)
32
0
2014/15
Simurq (Zaqatala)
30
0
2015/16
Kəpəz (Gəncə)
35
5
2016/17
Kəpəz (Gəncə)
9
1
Cəmi
200
9
Denis Silva Premyer Liqada
2007/08
Xəzər Lənkəran
11
2008/09
Xəzər Lənkəran
15
3
2009/10
Xəzər Lənkəran
16
0
2010/11
Neftçi (Bakı)
29
1
2011/12
Neftçi (Bakı)
30
1
2012/13
Neftçi (Bakı)
14
1
2013/14
Neftçi (Bakı)
25
1
2014/15
Neftçi (Bakı)
18
2
2015/16
İnter (Bakı)
35
1
2016/17
İnter (Bakı)
7
1
Cəmi
200
11
| Paylaş: