')

Bu gün:


FutbolPress.Az | AFFA-dan Torresə başsağlığı

AFFA-dan Torresə başsağlığı


oxunma sayı: 75 Paylaş:

FutbolPressAFFA rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bununla bağlı qurumun rəsmi saytında başsağlığı mətni yerləşdirilib.

Mətndə deyilir: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verir".

Karlos Alberto Torres ötən gün 73 yaşında vəfat edib. O, 2004 - 2015-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.  


oxunma sayı: 75 | Paylaş:




?>