Tiranın azarkeşə qarşı davranışına - hüquqşünas mövqeyi
Paylaş:
Premyer Liqanın 9-cu turu “Neftçi” – “Qarabağ” (0:2) matçında xoşagəlməz hadisə olub. Komandanın legioneri Katalin Tira meydançaya daxil olmuş azarkeşin üstünə şığıyaraq ona yumruq atıb, xəsarət yetirməyə cəhd edib.
Hadisə geniş əks-səda doğurub. Oyunçunun komandadan qovulmasını istəyənlər, azarkeşin onu şikayət etməsini məsləhət bilənlər və s.
Tanınmış hüquqşünas Xalid Bağırovdan hadisəyə hüquqi qiymət verilməsini istədik. “FutbolPress”ə açıqlamasında vəkil bildirdi ki, futbolçular meydana çıxanda Azərbaycan qanunlarının təsirindən kənara çıxmırlar:
“Azarkeşin meydançaya daxil olması hansı məsuliyyəti daşıyır, bu ayrı məsələ, futbolçunun ona qarşı etdiyi hərəkəti şikayət eləmək haqqı var. Futbolçu haqda götürüləcək inzibati ölçü isə azarkeşə yetirdiyi xəsarətin dərəcəsi ölçüləndən sonra məlum olar.
Ekspertiza müəyyənləşdirə bilər bunu”.
| Paylaş: