')

Bu gün:


FutbolPress.Az | Elxan Abdulayev: "Əgər futboldan başınız çıxmırsa, öyrənin"

Elxan Abdulayev: "Əgər futboldan başınız çıxmırsa, öyrənin"


oxunma sayı: 409 Paylaş:

FutbolPressTPL, 9-cu turun “Neftçi” – “Qarabağ” (0:2) oyunundan sonra meydan sahiblrinin baş məşqçisi Elxan Abdullayev matçla bağlı fikirlərini bildirib.

“FutbolPress” xəbər verir ki, o, bunları deyib:

"Bu gün Azərbaycanın ən güclü klubu ilə qarşılaşdıq. "Qarabağ"la açıq futbol oynamaq çətindi. Ona görə müdafiədən oynadıq. Bu da özünü doğrultdu. İlk qolu da uzaq məsafədən fərdi güc hesabına buraxdıq. Komandanın oyunundan razı qaldım. İlk növbədə istək və əzmkarlıq tələb edirdim ki, onu da gördüm".

- Oyunun axırında sizin futbolçunuz azarkeşlə dalaşırdı. Buna münasibətiniz necədi?

- Elə futbolçu "Neftçidə olmayacaq. Bu, xoşagəlməz hadisədi. Pis oldum buna görə. O futbolçu komandada olmayacaq. Onu çox ciddi cəza gözləyir. "Neftçi" o futbolçuya qarşı layiqli münasibətini göstərəcək. 

- Sondan ikincisiz. Əsas heyətdə də 6 legioner çıxmışdı. "Qarabağ"ın önündə 7-9 futbolçu ilə müdafiə olunmağın mənası nə idi?
- Bu gün PAOK kimi klub "Qarabağ"la açıq futbol oynaya bilmir. Açıq futbol oynasaydıq, 6 qol buraxardıq. Müdafiədən oynamağa məcbur idik. Ancaq qol vurmaq üçün çıxsaydıq, acı nəticəsi ola bilərdi.

- "Neftçi"nin rəzil duruma düşməsinin səbəbkarı kimdi?
- Mənə komandanın oyununa aid sual verin. Siz məni provakasiyaya sürükləyirsiz. Bu mənim işim deyil. Hər bir sahənin öz rəisi var. Mən meydançada baş verənlərə cavabdehəm.

- Komandanız uduzur, siz də Cavid imamverdiyevi çıxarıb hücumçu salırsız. Sonra ikinci hücumçunu axırda meydana salırsız....
- Çox aqressiv danışırsız. Əgər futboldan başınız çıxmırsa, öyrənin. Dəyişikliyə gələndə oyun belə tələb edirdi.

- Təhvil aldığınız komanda ilə indiki arasında nəsə fərq varmı?
- Möcüzəvi bir şey söz verməmişdim. Demişdim ki, vaxt lazımdı. Qışa kimi gözləmək lazımdı. Əvvəlki komanda ilə fərq var. Fiziki və taktiki cəhətdən fərq var. Birdən birə "Barselona"ya çevrilə bilmərik ki?

- Azarkeşlərin "istefa" şüarlarını haqlı sayırsızmı?
- Mən nə vaxtsa onlarla görüşəcəm və səbəblərinin soruşacam. Şəxsən mənim işimə heç kim qarışmır. Müşahidə Şurası mənə mane olmur, heç bir təzyiq də yoxdu.

- Neftçinin bu mövsüm üçün hədəfləri nədi?
- Maksimal xal yığmaq istəyirik. Qışdan sonra tamam başqa komanda görəcəksiz. O komanda ilə itirilən xalları geri qaytarmağa çalışacağıq.

- Milli komanda ilə bağlı Çexiyaya getmişdiz. Həmin vaxt qalıb "Neftçi"ni daha yaxşı məşq elətdirmək olmazdımı? Hansı səbəbə görə, heç-heçəyə görə veriləcək mükafata görəmi?
- Başqa sual verin. Bu, hörmətsizlikdi. Bir də mənə belə sual verməyin. Siz niyə ancaq pis tərəfləri axtarırsız? Sizin ürəyiniz məndən çox yanır "Neftçi"yə? Sizin suala cavab verərdim, amma əvvəldən düzgün qoymadız sualı. 

- Sizi AFFA-dan göndərdilər "Neftçi"yə?
- Əlbəttə. Neftçi AFFA-ya müraciət elədi, onlar da məni məsləhət gördülər. AFFA bizim ən böyük instansiyamızdı. Kiminsə xoşuna gələ bilər, ya yox, bu nə sizin işinizdi, nə də mənim. Mən sadəcə fəhləyəm.

- Qurban Qurbanov niyə fəhlə deyil?
- O, Azərbaycanın ən yaxşı məşqçisidi. Nəticələr qazanır, komandası uğurlu futbol nümayiş etdirir.

- Məşqçi iki yerdə işləyəndə, adətən, nəticə olmur. Bərbad vəziyyətdə olan "Neftçi"də qalıb problemlərdən çıxı yolu tapmaq daha yaxşı olmazmı?
- Belə vəziyyətdə uğurlu nəticə əldə edə bilən çoxlu məşqçilər var. Yəni belə praktika mövcuddu. Burda elə adamlar var ki, onlar hamıdan narazı olacaqlar. Xarici məşqçi olsa, deyəcəklər ki, yaxşı olardı yerliyə şans verərdilər. Ya da əksinə... Çıxış yolunu bilirsizsə, deyin. biz də bilək.

-  Bu heyətdən neçə futbolçu qalacaq?
- Hamıya şans verəcəyik. Hələ vaxt var. Mən futbolçuya deməmişdim ki, getsin azarkeşi vursun. Biz futbolçuları qovmağın tərəfdarı deyilik. İstəyirik inkişaf olsun. Hər bir komandada belə dövrlər olur.


oxunma sayı: 409 | Paylaş:




?>