')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Sənin sualın bir az..."

Qurban Qurbanov: "Sənin sualın bir az..."


oxunma sayı: 450 Paylaş:

FutbolPressTPL 9-cu turun “Neftçi” – “Qarabağ” (0:2) oyunundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib.

“FutbolPress” xəbər verir ki, o, qələbəni belə şerh edib:

"Vacib qələbə qazandıq. Futbolçular çox çalışdılar. Hər oyun daha yaxşı oynamağa çalışırıq. Həm yaxşı qələbə qazandıq, həm də yaxşı oyun göstərdik. Sıx qrafikdəyik. Daha da uğurlu nəticələr əldə etməyə çalışacağıq".

- Reynaldonun meydanda olmaması sırf zədə ilə bağlıdı, yoxsa o da Elvin Yunuszadə kimi cəzalandırılıb?
- Reynaldo zədəli olduğu üçün oynamır.

- Fiziki formanıza baxmışam, yaxşı görünürsüz. Bu gün meydana çıxıb "Neftçi"nin hücum xəttində çıxış edə bilərsizmi?
- Şəxsi sualdı, açıqlamaq düzgün çıxmaz. Sənin sualın bir az... Cavabım var ki, bacarmaram. Bu mənə aid olmayan bir işdi ki, rəqib komandanın oyunçuları ilə bağlı danışım. Amma ümumən rəqib yaxşı oynadı. Baxmayaraq ki, biz daha çox topla oynadıq, amma o qədər də çox imkan qazana bilmədik. Rəqibin oyun intizamı əvvəlki oyunlara nisbətən yaxşı idi.

- Avropa Liqasında çıxış edən komandalar həmin oyunlardan 2-3 gün sonra meydana çıxır və yaxşı görünürlər. Amma "Qarabağ"da yorğunluq hiss olunurdu...
- Bizim komandada yorğunluq hiss olunmur. Əvvəllər hamı bundan danışırdı ki, 3-4 gündən bir oynamaq çətindi, amma hazırda o qədər də problem yaşamırıq. Avropa Liqası oyunları futbolçulara daha çox psixoloji cəhətdən təsir edir. Həmin oyunlara hazırlaşanda daha çox stress olur. Çünki tam fərqli turnirlərdi. Amma bu gün futbolçular hamısı normal fiziki durumda idi.

- Rəşad Sadıqovun vəziyyəti nə yerdədi? Bir də oyunun 2-ci gün keçirilməsi sizin təklifiniz idi, yoxsa PFL özü belə qərar vermişdi?
- Rəşad zədəlidi. Oyundan əvvəl bir az ağrıları var idi. Ona görə istirahət verdik. Biz oyunun vaxtı ilə bağlı hər hansı müraciət etməmişdik. Bu, həm də oyunların yayımlanması amili ilə bağlı idi.

- Reynaldo PAOK-la oyunda meydana çlxa bilərmi?
- Dəqiq deyə bilmərəm. Amma hələ vaxt var. Bəlkə o vaxta qədər zədəsini sağaltdı.

- Bütün komandalar sizə qarşı 5-6 müdafiəçi ilə oynayır. Bu sizdə alışqanlıq yaradıbmı?
- Bu, bizə çətinlik yaradır. Belə deyək, bilirsən ki, bir komanda daim bu sistemdə oynayır, ona qarşı hazırlaşmaq olur. Amma digər tərəfdən rəqib, adətən, oynadığı sistemdən fərqli oynayırsa, bu çətinlik yaradır. Amma get-gedə alışırıq.

- "Qəbələ" xal itirdi. Buu sizi sevindirir?
- Daha çox öz qələbəmizə sevinirəm. Ancaq idman prinsipləri ilə yanaşsaq, rəqiblərin xal itirməsini istəyərik, əlbəttə.

- "Qarabağ"dan gedən futbolçular çox zaman yaxşı çıxışları ilə yadda qalır. Onların statistikası ilə maraqlanırsızmı?
- Bizdən gedəndən sonrakı statistikaya yox, bizə gələnə qədərki statistikalarına baxırıq. Digər tərəfdən, maraqlanıram ki, niyə bizdə belə oynaya bilmədilər. Ola bilər, hər hansı problemləri olur ki, bizdə oyunları alınmır.

- Tira qırmızı alandan sonra da Almeydanın etirazları dayanmadı. Həm də oyundan sonra sanki Elxan Abduallayevdən üzrxahlıq edirdiz...
- Futbolçudu, hamının başına gələ bilər. Elxan Abdullayevə uğurlar arzuladım. Onu təbrik elədim ki, komandası yaxşı oyun göstərdi.


oxunma sayı: 450 | Paylaş:




?>